11 
Okt
2016
13:05
19
272
9211
Virtual karabakh

Adı “qara siyahı”dan çıxarılmış Soso Pavliaşvili Bakıya gəlir

11 Okt, 2016
13:05
9211

Adı “qara siyahı”dan çıxarılmış Soso Pavliaşvili Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Soso Pavliaşvilinin adı Azərbaycanın “qara siyahı”sından çıxarılıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, Gürcüstan və Rusiya müğənnisi, aktyor Soso Pavliaşvili NSN-ə bildirib ki, bu xəbəri sevinclə qarşılayıb.

“Mən buna çox sevinirəm, çünki yaradıcı insanlar heç bir siyasi marazmalarla, anlaşılmaz qadağalarla, heç kimə lazım olmayan ideologiyalarla məhdudlaşdırılmamalıdırlar”, - deyə müğənni bildirib.

Artist NSV-ə adının “qara siyahı”ya necə düşdüyünü, onun Azərbaycanın gözündə reabilitasiyaya necə nail ola bildiyini danışıb. 

“Bu, dostum Emin Ağalarovun məni keçən il “Jara” festivalına dəvət etdikdən sonra baş verib. Mən ona Azərbaycana buraxılmamaq səbəbini başa saldım. Emin adamlarla danışdı və hamı başa düşdü ki, bu cəfəngiyyatdır”, - deyə müğənni qeyd edib.

O bildirib ki, bu ilin dekabrında Bakıda konsert proqramı planlaşdırır. Tədbirdən yığılan vəsait isə xeyriyyəçiliyə yönəldiləcək.

Artist tanınmamış “Dağlıq Qarabağ respublikası”na səfərlə bağlı sualdan yayınaraq hələ oradan təklif almadığını bildirib. 

“Hələ ki, bu cür təkliflər almamışam. Lakin mən Yerevana getmişəm, gedirəm və gedəcəyəm də, çünki ora mənim üçün sanki ikinci doğma evimdir”, - deyə Pavliaşvili bildirib.

Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvili Tbilisidə dünyaya göz açıb. Aktiv solo konsertə 1989-cu ildə Yurmalada musiqi yarışında Qran-pri-yə layiq görüldükdən sonra başlayıb. 

Pavliaşvili 2004-cü ildə Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmişdi və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulub.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri