10 
Yan
2017
12:25
9
66
1329
Virtual karabakh

Robert Sekuta geri çağırılacağı barədə yayılan məlumatlara münasibət bildirib

10 Yan, 2017
12:25
1329

Robert Sekuta geri çağırılacağı barədə yayılan məlumatlara münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cənab Tramp məni burada saxlasa, mən qalacağam”. 

Oxu.Az-ın xəbərinə görə, bunu APA-nın sualını cavablandıran ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.  

“Mən prezidentin təyinatı ilə bu vəzifədə çalışıram. Biz ilk növbədə ABŞ prezidentinin nümayəndəsiyik. Cənab  Tramp məni burada saxlasa, mən qalacağam”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, “New-York Times” qəzeti diplomatlara istinadən yazıb ki, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət departamentinə bildiriş də göndərilib.

D. Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri