İyl
2017
22:18
623
86
14229
Virtual karabakh

İcra başçısı: Bu dəfə erməniləri əlimizdən heç kim ala bilməyəcək

5 İyl, 2017
22:18
14229

İcra başçısı: Bu dəfə erməniləri əlimizdən heç kim ala bilməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov cəbhədəki son vəziyyət və ötən gün Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması məsələsinə münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, B.Səfərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, bununla bir daha ermənilər terrorçu olduqlarını sübut ediblər:

“Bütün Azərbaycan xalqı kimi mən də Ermənistanın cinayətkar rəhbərliyinə nifrət edirəm. Çünki onlar günahsız insanlarımıza qıyıblar, Azərbaycan ərazilərində terror aktları, soyqırımlar törədiblər. Artıq zaman yetişib, ermənilərə kimsə “dur!” deməlidir. Çox təəssüf ki, Ermənistana havadarlıq edən dövlətlər və beynəlxalq təşkilatlar bunu demirlər. Əgər ermənilərə “dur!” deyən olmayacaqsa, o zaman Ali Baş Komandanın əmri və Allahın köməyi ilə Azərbaycan ordusu ermənilərə “dur!” deyəcək, 2016-cı ilin aprel döyüşlərini təkrarlayacaq. Bu dəfə erməniləri əlimizdən kimsə ala bilməyəcək. O günahsız insanlarımızın da qanı yerdə qalmayacaq. Buna hər bir azərbaycanlı əmindir”.

B.Səfərov qeyd edib ki, Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunu saymır:

“Ermənistanda həmsədrləri sayan yoxdur. Nə qədər ki, belə olacaq, Ermənistan öz bildiyi kimi hərəkət edəcək. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiya Ermənistana havadarlıq edir. Həmsədrlər budur da!”.

Xatırladaq ki, iyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib”.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri