14 
İyl
2017
11:44
12
56
1287
yuxarı
Səfir: ÜAK-la bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq
14 İyl, 2017
11:44
1287
12
56
Səfir: ÜAK-la bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması ilə bağlı məsələyə münasibət bildirib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, səfir Rusiya-Azərbaycan münasibətlərinin dəyərinin çox böyük olduğunu qeyd edib.
Səfir bildirib ki, bütün təşkilatlar fəaliyyət göstərdiyi ölkənin qanunlarına uyğun hərəkət etməlidir.
“Mən bu mövqeyi dəstəkləyirəm. Ümumrusiya Azərbaycan Konqresinə Ədliyyə Nazirliyi tərəfindən məktub göndərilib, hamısı cavabsız qalıb. ÜAK-la bağlı məsələnin bizim münasibətlərinə heç bir təsiri olmayacaq. Azərbaycan-Rusiya münasibətlərini inkişaf etdirmək lazımdır”, - deyə diplomat vurğulayıb.
N.O.