Noy
2017
21:46
394
51
7064
Virtual karabakh

Tehranda prezidentlərin üçtərəfli görüşü keçirilib – YENİLƏNİB + FOTO

1 Noy, 2017
21:46
7064

Tehranda prezidentlərin üçtərəfli görüşü keçirilib – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

Oxu.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, prezidentlər görüşdə çıxış ediblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.

Daha sonra isə dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

21:15

Azərbaycan, İran və Rusiya prezidentlərinin növbəti üçtərəfli görüşü 2018-ci ildə Moskvada keçiriləcək.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İranın prezidenti Həsən Ruhani tehrandakı danışıqlardan sonra təşkil edilən mətbuat konfransı zamanı deyib.

“Vladimir Putin növbəti sammitin Rusiyada keçiriləməsini təklif etdi, və biz razılaşdıq”, -  Ruhani bildirib.

20:05

Tehran şəhərində Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti öz işinə başlayıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, dövlət başçıları enreji sahəsində əməkdaşlıq, aktual regional məsələlər, terrorizm və ektremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparırlar. 

Konfransın keçirildiyi məkanın ətrafında təhlükəsizlik tədbirləri görülüb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri