15 
Noy
2017
16:10
141
172
9644
Virtual karabakh

Zimbabve prezidentinin xanımı ölkəni tərk etdi - YENİLƏNİB + VİDEO

15 Noy, 2017
16:10
9644

Zimbabve prezidentinin xanımı ölkəni tərk etdi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zimbabvenin prezidenti Robert Muqabenin xanımı Qreys ölkəni tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Məlumata əsasən, ölkənin birinci xanımı Namibiyaya yollanıb.

***

15:26

Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe və ailəsi bu gün ev dustağı ediliblər. 

Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Muqabe istefa verməyə hazırlaşır.

Qeyd edilir ki, ölkə başçısı hərbçilərlə danışıqlar aparıb. O, həyat yoldaşı Qreys  Muqabenin ölkəni tərk etməsinə icazə verilərsə, hakimiyyətdən uzaqlaşacağını bildirib. Məlumata əsasən, ölkənin birinci xanımı CAR-a gedə bilər.

***

11:42

Zimbabvenin prezidenti Robert Muqabe və ailəsi ev dustağı olublar.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə News 24 xəbər verir.

Agentlik bildirir ki, ölkənin 93 yaşlı lideri istefa verməyə hazırlaşır.

***

10:27

Zimbabvedə hərbçilər ölkədə fərqli şəraitin yarandığını bildiriblər.

Oxu.Az Report-a istinadən  xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Hərbçilər bildiriblər ki, Zimbabve prezidenti Robert Muqabenin məsuliyyətini üzərlərinə götürüblər.

Qəzetin yazdığına görə, ZVS dövlət televiziyası tutulduqdan sonra hərbi geyimli iki zabit ölkədə hərbçilərin hakimiyyəti ələ keçirdikləri haqqında xəbərləri təkzib edib: “Robert Muqabe və ailəsi etibarlı, təhlükəsiz yerdədir. Onların təhlükəsizliyi təmin edilib”.

“Hədəfimiz prezidentin ətrafındakı cinayətkarları təmizləməkdir. Onların törətdikləri cinayətlər ölkədə iqtisadi və sosial sahələrdə zülm yaradıb. Biz onların məsuliyyətə cəlb edilməsinin istəyirik. İstənilən təxribat cəzasız qalmayacaq”, - Zimbabve Silahlı Qüvvələri Qərargahının rəisi general-mayor S.B.Moyo vurğulayıb.

Bir müddət əvvəl Zimbabvenin küçələrində hərbi maşınlar və silahlı əsgərlərin görünməsi, onların yoldan keçə sakinlərə hücum etməsi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Zimbabve prezidenti Robert Qabriel Muqabe 1924-cü il fevralın 21-də anadan olub. 93 yaşlı Muqabe 1980-ci ildən Zimbabvenin rəhbəridir. 

***

08:52

Zimbabve prezidenti Muqabinin iqamətgahı yanında atışma başlayıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, hərbçilər paytaxtın çıxış yollarını bağlayıblar.

Paytaxt Hararedə azı üç partlayış olub. Şəhərin küçələrində hərbi maşınlar var və silahlı əsgərlər ətrafdan keçənlərə hücum edirlər.

Əsgərlər "ZBC" milli teleşirkətinin mənzil qərargahını ələ keçiriblər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri