17 
Noy
2017
08:40
517
158
7093
Virtual karabakh

Ərdoğan: Putin Dağlıq Qarabağ probleminin həllində çox da ümidli deyil - VİDEO

17 Noy, 2017
08:40
7093

Ərdoğan: Putin Dağlıq Qarabağ probleminin həllində çox da ümidli deyil - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sooçiyə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putin ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini bildirib.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu o, yerli "Star" nəşrinə müsahibəsində deyib.

"Cənab Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik. Rusiyanın Ermənistan üzərində də çəkisi var. [İşğal olunmuş] yeddi rayondan beşi ilə bağlı daha əvvəl çıxan qərar (BMT-nin erməni işğalına son qoyulması ilə bağlı qərarı) var. Bu qərarlara əməl edilməsinin vacibliyi üzərində dayandıq. Putin məsələyə müsbət baxır, amma görürəm ki, çox ümidli deyil. Tərəflərin mövqeyi səbəbindən onun ümidsiz olduğunu gördüm", – deyə Türkiyə prezidenti bildirib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri