18 
Noy
2017
14:07
159
34
1912
Virtual karabakh

Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək

18 Noy, 2017
14:07
1912

Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli “Avropa Azərbaycanlılarının Qarabağ Forumu”nda iştirak etmək üçün sabah Belçikanın paytaxtı Brüsselə yola düşəcəklər.

Parlamentin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.

Forumda Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, həlli istiqamətində Ermənistanın törətdiyi maneələr barədə məlumat veriləcək, Xocalı soyqırımının tanıdılmasında Avropadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq.

Səfər noyabrın 21-də başa çatacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri