21 
Noy
2017
17:21
17
50
1051
Virtual karabakh

Aİ "Şərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır

21 Noy, 2017
17:21
1051

Aİ "Şərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) "Şərq Tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, bu barədə Aİ rəsmisi bəyan edib.

O bildirib ki, qurum münaqişələrin həlli istiqamətində göstərilən səyləri dəstəkləyir: "Şərq Tərəfdaşlığı sammiti çərçivəsində də bu dəstək bir daha ifadə olunacaq".

Aİ rəsmisi qeyd edib ki, ötən sammitdən bu yana Azərbaycanla münasibətlərdə irəliləyişlər əldə olunub.

"Biz hazırda hərtərəfli yeni saziş üzrə danışıqlar aparırıq. Bu saziş daha əvvəl mövcud olan Tərəfdaşlıq və Əməkdaşlıq sazişi əsasında inkişaf etdiriləcək. Ümid edirik ki, bu danışıqlar tezliklə yekunlaşacaq. Biz Azərbaycanla Aviasiya sazişinin paraflamağı planlaşdırıq", - deyə o qeyd edib.

Diplomat Azərbaycanın Aİ üçün vacib enerji təminatçısı olduğunu da bildirib: "Enerji effektivliyi vacib məsələdir və "Şərq Tərəfdaşlığı" sammitinin vacib hissələrindən biridir".

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri