20 
Noy
2017
14:18
93
22
1677
Virtual karabakh

Nazir: BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyənə qədər qüvvədədir

20 Noy, 2017
14:18
1677

Nazir: BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyənə qədər qüvvədədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır".

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 

Nazir bildirib ki, BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir.

"Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik", - deyə nazir vurğulayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində bildirib ki, Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur. 

“Bu sənədlərdə bir sıra paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb. Lakin bəzi məsələlər var ki, müəyyən səylər tələb edir”, - deyə S.Lavrov qeyd edib.

Rusiyanın XİN rəhbərinin sözlərinə əsasən, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib.

"Münaqişə bu danışıqlar çərçivəsində sülh yolu ilə həll olunmalıdır", - deyə rusiyalı nazir bildirib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri