23 
Noy
2017
16:06
30
61
2135
Virtual karabakh

Azərbaycan və "Benilüks" dövlətləri arasında diplomatlar üçün viza rejimi sadələşdirildi

23 Noy, 2017
16:06
2135

Azərbaycan və "Benilüks" dövlətləri arasında diplomatlar üçün viza rejimi sadələşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə "Benilüks" Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş” imzalanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanın Belçikadakı səfirliyindən Report-a verilən məlumata görə, imzalanma mərasimi "Benilüks" ölkələrinin Brüsseldə yerləşən Baş Katibliyinin binasında baş tutub. 

Sənədi Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Niderlandın Belçikadakı səfiri Maryem Van den Heuvel, Belçika Krallığı tərəfindən bu ölkənin Avropa İttifaqı yanında daimi nümayəndəsi Fransua Ru, Lüksemburq Böyük Hersoqluğu tərəfindən Lüksemburq Böyük Hersoqluğunun Avropa İttifaqı yanında daimi nümayəndəsi Jorj Friden tərəfindən imzalanıb.

Tədbirdə bildirilib ki, sazişin imzalanması minlərlə xidməti pasport sahiblərinin bu ölkələrin ərazilərinə vizasız gediş-gəlişi üçün imkan yaradacaq.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri