12 
Dek
2017
10:08
200
179
7158
Virtual karabakh

Azərbaycan prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

12 Dek, 2017
10:08
7158

Azərbaycan prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Oxu.Az-ın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra dövlət himni səslənib.

Prezident akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ziyarətdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 14 il keçir.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri