12 
Dek
2017
18:00
337
12
3166
Virtual karabakh

Axısqa türklərinə Türkiyə vətəndaşlığı veriləcək

12 Dek, 2017
18:00
3166

Axısqa türklərinə Türkiyə vətəndaşlığı veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bursa Axısqa Türklərinin Təhsil, Mədəniyyət və Həmrəyliyi Təşkilatının Sədri Seyfəddin Buntürk və Gürsu Axısqalılar Təşkilatının sədri Yusuf Nurigil Axısqa türkləri adından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkür məktubu ünvanlanıb.

Məktubda qeyd olunur ki, Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərdoğanın göstərişi əsasında Türkiyə Hökumətinin Axısqa türklərinə vətəndaşlıq verilməsi ilə bağlı qərarından sonra Bursa şəhərində yaşayan Axısqa türkləri tələb olunan sənədləri əldə etmək üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna kütləvi şəkildə müraciətlər ediblər.  

Bildirilir ki, Azərbaycan vətəndaşı olan Axısqa türklərinə yerində və çevik şəkildə xidmət göstərilməsi məqsədilə Azərbaycanın İstanbul şəhərində yerləşən Baş Konsulluğunun əməkdaşları həftənin şənbə-bazar günləri Bursa şəhərinə ezam edilib, vətəndaşlara fasiləsiz xidmət göstərilib. Nəticədə insanların Bursadan İstanbula getməsinə, növbələrdə gözləmələrinə ehtiyac qalmayıb və məsələ həllini tapıb. Həmçinin, axısqalılar İstanbula getmək üçün əlavə yol xərclərindən azad olublar.   

Göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkür edən məktub sahibləri Axısqa türklərinə dəstək olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.

Məktubda Baş Konsulluğun bu addımının Axısqa türkləri adından yüksək qiymətləndirildiyi, habelə ölkəmizin Türkiyədəki səfirliyinin fəaliyyətinin təqdir edildiyi qeyd olunur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri