15 
Dek
2017
17:32
319
28
1673
Virtual karabakh

Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında aksiya keçirdi

15 Dek, 2017
17:32
1673

Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında aksiya keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, mitinqdə 2014-cü il iyulun 12-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı buraxılması tələb edilib.

Soydaşlarımız hər iki şəxsin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində girov götürüldüyünü bildiriblər. Aksiyada Ermənistanın təcavüzkar dövlət olduğu bildirilib, azərbaycanlı girovların azadlığa buraxılması tələb edilib.

Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycan torpaqları kimi tanınan ərazilərdə bu ölkənin vətəndaşlarının girov götürülməsi, Cenevrə Konvensiyasının pozulması və Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyon azərbaycanlının öz evlərini tərk etmək məcburiyyətində qalması Fransa ictimaiyyətinin diqqətinə çatdırılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri