10 
Yan
2018
17:29
538
72
7710
Virtual karabakh

İlham Əliyev: Azərbaycan yeni silahlar alacaq

10 Yan, 2018
17:29
7710

İlham Əliyev: Azərbaycan yeni silahlar alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

Dövlət başçısı bildirib ki, Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır:

“Bu, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyanəməsində də əksini tapıb”.

İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir.

Azərbaycanın hərbi gücünün artdığını, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu xatırladan prezident qeyd edib ki, növbəti illərdə bu sahədə tədbirlər görüləcək, yeni silahlar alınacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri