12 
Yan
2018
16:05
337
48
6478
Virtual karabakh

Zaxarova: Vaşinqtonun Azərbaycan barədə dedikləri cəfəngiyyatdır

“Azərbaycan bir çox beynəlxalq tədbirləri çox uğurlu şəkildə keçirir”.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə ABŞ dövlət departamentinin Azərbaycanı terror təhlükəsi olan ölkələr siyahısına daxil etməsi ilə bağlı məsələni şərh edərkən bildirib.

“Heç bilirsiniz niyə? Ona görə ki, Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində beynəlxalq tədbirləri çox uğurlu şəkildə keçirir. Bunları heç vaxt Bakıda olmayan insanlar yazıb. Dəfələrlə və böyük məmnuniyyətlə Azərbaycan səfər edən, Bakıda tarixi mərkəzlərə, restoranlara, muzeylərə və Bakıdakı dostlarıma baş çəkən biri kimi deyə bilərəm ki, turistlərin Azərbaycana, Bakıya səyahət etməsinin tövsiyə olunması, sadəcə, cəfəngiyyatdır”, - deyə M.Zaxarova bildirib.

Rəsminin sözlərinə görə, Azərbaycanı belə bir siyahıya Azərbaycan, bu ölkənin mədəniyyəti və siyasi reallıqları barədə məlumatsız olan insanlar daxil edə bilər.

Zaxarova əlavə edib ki, belə insanların xəritədə Azərbaycanın harada yerləşdiyini bildiyinə şübhə edir.

www.oxu.az

Digər Siyasət xəbərləri