15 
Yan
2018
14:33
19
179
3015
Virtual karabakh

Lavrov Azərbaycanla strateji əməkdaşlıq haqqında danışdı

15 Yan, 2018
14:33
3015

Lavrov Azərbaycanla strateji əməkdaşlıq haqqında danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya və Azərbaycanın münasibətləri bu ölkələrin prezidentləri və xarici işlər nazirləri arasındakı intensiv dialoqa əsaslanır.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov  2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.

“Ötən il azərbaycanlı həmkarlarımla qarşılıqlı görüşlər keçirmişik. Mütəmadi olaraq iki ölkə arasında humanitar tədbirlər keçirilir. Humanitar forum və digər tədbirləri buna misal göstərmək olar. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi və investisiya həcmi artmaqdadır. Bu münasibətlər öz məcarasında aparılır. Ona görə də onların reqlamentasiyası üçün xüsusi sənədlər tələb olunur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə əməkdaşlıq edir. Azərbaycanla strateji əməkdaşlıq bizi qane edir”, – deyə Serqey Lavrov bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri