14 
Fev
2018
13:14
29
103
1094
Virtual karabakh

Məmmədyarov: Aİ ilə əməkdaşlıq Bakı-Moskva əlaqələrinə təsir etməyəcək

Elmar Məmmədyarov: Avropa İttifaqı ilə əməkdaşlıq Bakı və Moskva  münasibətlərinə təsir etməyəcək.

Oxu.Az Azərbaycan XİN Elmar Məmmədyarovun RİA Novosti-ə verdiyi müsahibəni təqdim edir.

- Cənab nazir, Azərbaycanla Avropa ittifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni razılaşmanın hazırlanması istiqamətində irəliləyişi necə qiymətləndirirsiniz. Hansı əngəllər mövcuddur, danışıqlar prosesində ən çətin an hansıdır?

 - Avropa  İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında saziş layihəsi üzrə danışıqlar konstruktiv məcrada və qarşılıqlı anlaşma əsasında aparılır. Sənədin hazırlanması prosesində hər  əlamətdar əngəl yoxdur.

Sadəcə ticarətlə bağlı bəzi məsələlərdə fikir ayrılıqları var. Azərbaycan Beynəlxalq Ticarət Təşkilatına üzv olmadığına görə, tariflər və subsidiyalarla əlaqədar fikir ayrılıqları mövcuddur. 

Ancaq biz müzakirələrdə qarşılıqlı anlaşma əsasında ortaq təmas nöqtələrini tapmağa çalışacağıq.

- Bu saziş üzrə danışıqların növbəti mərhələsinin nə vaxt keçiriləcəyi gözlənilir? Təqvimlə bağlı gözləntilərinizi öyrənmək istərdik, bu müqavilə nə vaxt bağlana və qüvvəyə minə bilər.

- Növbəti danışıqlar mərhələsi 2018-ci ilin birinci rübünün sonu və ya ikinci rübünün əvvəlinə planlaşdırılır.

- Bakının təsbit olunmasını istədiyi sazişin ən vacib elementləri hansılardır?

- Sazişin bütün elementləri eyni dərəcədə vacibdir. Biz hesab edirik ki, bu sənəd Avropa ittifaqı ilə Azərbaycan arasında münasibətlərin hərtərəfli şəkildə inkişafında mühüm çərçivə rolunu oynayacaq.  Sənəddə siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq perspektivləri nəzərdə tutulub.

 - Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş Bakı-Moskva münasibətlərinə təsir edə bilər?

- Azərbaycan qonşuları o cümlədən Rusiya   ilə strateji əməkdaşlıq münasibətlərinin inkişafına böyük dəyər verir. Ümumilikdə biz Rusiya ilə siyasi, iqtisadi, ticarət, humanitar  və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı əldə olunan əhəmiyyətli nəticələrdən razıyıq.

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq, eyni zamanda qarşılıqlı-faydalı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Avropa İttifaqı ilə münasibətlərin inkişafına böyük diqqət ayrılır.

Azərbaycanla Rusiya  və Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər fərqli müstəvilərdə inkişaf etsə də, onlar ilk növbədə bizim xalqların mənafeyinə xidmət göstərir.

- Bu fikirlə razısınız ki, “Şərq tərəfdaşlığı”  Rusiya ilə Avropa İttifaqı arasında ayırıcı rolunu oynamamlıdır? Sizcə hal-hazırda bunun üçün zəmin var?

- Biz tərəfdaşlıq layihələrində iştirakımıza eksklüziv bir şey kimi yanaşmırıq, əksinə inklüziv, tərkib hissəsi kimi baxırıq. Yəni, bizim hər hansı layihədə iştirakımız digər tərəfdaşlarımızın maraqlarına qarşı xidmət edə bilməz, bizim belə məqsədimiz və ya niyyətimiz yoxdur. Azərbaycan və Rusiya arasında strateji əməkdaşlıq  Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə xələl gətirmədiyi kimi,  bizim Avropa İttifaqı  ilə münasibətlərimiz də Azərbaycan və Rusiya arasında dost, strateji münasibətlərə təsir etmir.

-  Cənab nazir, sizcə Azərbaycanla şengen zonası arasında vizasız rejimin bərqərar olması mümkündür?  Bu hansı zaman perspektivinin mövzusudur?

- Hal-hazırda bu məsələ Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış sadələşdirilmiş viza rejimi və readmissiyası haqqında sazişlə tənzimlənir.

Hesab edirik ki, bu saziş çərçivəsində əldə olunmuş nailiyyətlər  viza rejiminin liberalizasiyası istiqamətində əməkdaşlıq üçün imkanlar açır.

- Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli formatda-  RF, Azərbaycan və Ermənistan  Xarici işlər nazirləri səviyyəsində görüş gözlənilir?

- Hal-hazırda bu formatda üçtərəfli görüş  təşkilat etmək planları  yoxdur.

 www.oxu.az

 

Digər Siyasət xəbərləri