15 
Fev
2018
13:36
304
82
10016
Virtual karabakh

Prezidentliyə namizədliyini irəli sürənlərin sayı açıqlandı

15 Fev, 2018
13:36
10016

Prezidentliyə namizədliyini irəli sürənlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

On üç nəfər Prezidentliyə namizədliyini irəli sürərək müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Oxu.Az-ın məlumatına görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, beş nəfərin namizədliyi MSK tərəfindən təsdiqlənib.

Onlar hakim Yeni Azərbaycan Partiyasının sədri və Prezidentliyə namizədi İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Tural Abbaslı və Anar Umudovdur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri