16 
Fev
2018
12:16
344
153
1642
Virtual karabakh

YAP imzatoplama kampaniyasına start verib

16 Fev, 2018
12:16
1642

YAP imzatoplama kampaniyasına start verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib.

YAP-dan Oxu.Az-a verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, siyasi partiya prezidentliyə irəli sürdüyü namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdır.

Qanuna görə, 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Lakin YAP ənənəsinə uyğun olaraq, mövcud 125 dairənin hər birinin ərazisindən tələb edilən sayda imza toplamağı planlaşdırır.

Qeyd edək ki, YAP-ın 2018-ci il fevralın 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

MSK fevralın 14-də İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri