11 
Mar
2018
09:37
351
106
4364
Virtual karabakh

Prezidentliyə namizədlər üçün son bir gün

11 Mar, 2018
09:37
4364

Prezidentliyə namizədlər üçün son bir gün

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda keçiriləcək prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah başa çatır.

Oxu.Az xəbər verir ki, Təqvim Planına əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.

Bundan əlavə martın 12-də səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti və seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti başa çatır.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri