13 
Mar
2018
16:12
436
31
3059
Virtual karabakh

Binəli Yıldırım Bakıya gəlir

13 Mar, 2018
16:12
3059

Binəli Yıldırım Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin baş naziri Binəli Yıldırım martın 14-də Azərbaycana səfər edəcək.

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçiriləcək 6-cı Qlobal Bakı Forumuna qatılmaqdır.

Səfər çərçivəsində Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasi-zadə ilə bir araya gələcəyi gözlənilir.

Həmçinin, qeyd olunur ki, B. Yıldırım 6-cı Qlobal Bakı Forumunda “Güc: Böyük güclər və diğərləri” adlı paneldə çıxış edəcək.

Səfər martın 15-i başa çatacaq.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri