15 
Mar
2018
14:35
143
11
2035
Virtual karabakh

Çavuşoğlu: Yeni format sülh və sabitliyə töhfə verəcək

15 Mar, 2018
14:35
2035

Çavuşoğlu: Yeni format sülh və sabitliyə töhfə verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bugünkü yeni format tarixi və mədəni bağları olan ölkələr arasında qurulub. 

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu dostluq, qardaşlığımız hər gün genişlənir”, - deyən M. Çavuşoğlu bildirib ki, yeni format sülh və sabitliyə töhfə verəcək:

“Başda bu ölkələr olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Üzləşdiyimiz çətinliklərə qarşı birgə mübarizə aparacağıq.

Bütün sahələrdə əlaqələri, əsasən də, iqtisadi əlaqələri daha da genişləndirəcəyik.

Həm ticarət, həm yatırım, həm də xalqlar arasında əlaqələri inkişaf etdirmək üçün nəqliyyat şəbəkəsini genişləndirmək vacibdir”.

O əlavə edib ki, bu format gələcək layihələr üçün önəmlidir.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri