17 
Mar
2018
17:06
254
118
3231
Virtual karabakh

Prezidentliyə namizədlərə həftədə altı saat pulsuz efir veriləcək

17 Mar, 2018
17:06
3231

Prezidentliyə namizədlərə həftədə altı saat pulsuz efir veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidenti seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyənləşdirilməsi məsələsinə baxılıb.

Oxu.Az-ın xəbərinə görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həftədə ümumilikdə altı saat efir vaxtı ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə dörd nəfərdən ibarət komissiya yaradılıb.

Qərar verilib ki, püşkatma mərasimi MSK-nın 19 mart 2018-ci il tarixli iclasında keçirilsin.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri