29 
Mar
2018
14:07
314
100
4129
Virtual karabakh

Prezident: Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb

29 Mar, 2018
14:07
4129

Prezident: Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir.

Oxu.Az xəbər verir ki, bunu martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir.

Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik.

Biz prezident Ruhani ilə müntəzəm olaraq görüşürük”, - deyən prezidentin sözlərinə görə, son dörd il ərzində on bir dəfə görüş keçiriblər.

O qeyd edib ki, bu rəqəm özlüyündə onu göstərir ki, nə qədər sıx əməkdaşlıq edilir və iki ölkə arasında nə qədər qarşılıqlı inam var:

“Bu da təbiidir.

Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar.

Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir.

Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir.

Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik.

Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik.

Mən şadam ki, bu tapşırıqları yerinə yetirən hökumətlərarası komissiyanın üzvləri, bütün vəzifəli şəxslər öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. 

Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir.

Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri