12 
Apr
2018
17:45
2013
348
7813
Virtual karabakh

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

12 Apr, 2018
17:45
7813

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Oxu.Az xəbər verir ki, Xaltmaaqiyn Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Prezident Xaltmaaqiyn Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.

16:14

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu.Az xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan vətəndaşları tərəfindən Sizə yenidən yüksək etimad göstərilməsi sübut edir ki, onlar Sizin ideyalarınızın gücünə və Azərbaycanın gələcək tərəqqisi barədə Zati-alinizin fikirlərinə dərindən inanırlar. Əminəm ki, xalqın etimadı onun uğur yolu ilə aparılmasını davam etdirmək üçün Sizin polad iradənizi daha da möhkəmləndirəcək.

Şadam ki, tezliklə yenidən Sizin ölkənizə gələcəyəm və həm mənim bundan əvvəlki səfərim, həm də başqa tədbirlər zamanı apardığımız məzmunlu söhbətləri davam etdirəcəyik. Çünki biz dövlətlərin beynəlxalq hüquq tərəfindən tanınmış suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət edilməklə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə səylərimizi davam etdirmək arzusunda və əzmindəyik.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə ən səmimi ehtiramımı bildirirəm”.

14:05

Macarıstanın baş naziri Viktor Orban Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Oxu.Az-ın məlumatına görə, V. Orban İ. Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə V. Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

11:56

Moldova prezidenti İqor Dodon prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, təbrikdə İ.Dodon seçkilərdəki qələbənin Azərbaycan xalqının İlham Əliyevə olan etimadını göstərdiyini bildirib.

11:42

Dövlət rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıblar.

Oxu.Az xəbər verir ki, Tacikistan prezidenti Emoməli Rəhmon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik ediblər.

Təbrik məktublarında dövlət rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevi inamlı qələbə münasibətilə təbrik edib və gələcək dövlət idarəçiliyi fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, daha əvvəl prezident İlham Əliyevi Türkiyə, Belarus və Ukrayna prezidentləri də təbrik ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri