29 
Apr
2018
21:42
324
73
9469
Virtual karabakh

Ermənistanda müxalifətin mitinqi başa çatıb – YENİLƏNİB

29 Apr, 2018
21:42
9469

Ermənistanda müxalifətin mitinqi başa çatıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın paytaxtında müxalifətin mitinqi başa çatıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, mitinqdə çıxış edən müxalifət lideri Nikol Paşinyan tərəfdarlarını aprelin 30-da gün ərzində etiraz aksiyaları keçirməməyə çağırıb və sabahkı mitinqdə siyasi qüvvələrlə danışıqların nəticələrini təqdim edəcəyini bildirib.

Paşinyan həmçinin, ölkənin baş naziri postunu tutmağa hazır olduğunu bildirib və əlavə edib ki, aprelin 30-da məsələni parlament fraksiyalarının nümayəndələri ilə müzakirə edəcək.

20.26

Ermənistan paytaxtında Respublika meydanında Nikol Paşinyanın rəhbərliyi altında müxalifətin mitinqi başlayıb.

Oxu.Az xəbər verir ki, bundan əvvəl müxalifətçilər İrəvanın mərkəzi küçələrində yürüş keçiriblər.

Qeyd edək ki, aprelin 13-də başlayan etiraz aksiyaları nəticəsində baş nazir Serj Sarkisyan istefa verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri