24 
May
2018
13:05
139
28
5052
Virtual karabakh

AXC-nin dövlət bayrağı hökumətə təqdim olundu - FOTO

24 May, 2018
13:05
5052

AXC-nin dövlət bayrağı hökumətə təqdim olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağı Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub.

Oxu.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən baş nazir Novruz Məmmədov dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.

Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri