24 
May
2018
15:57
312
100
2465
Virtual karabakh

Prezident: Bu il 20 min məcburi köçkün yeni evlərə köçəcək

24 May, 2018
15:57
2465

Prezident: Bu il 20 min məcburi köçkün yeni evlərə köçəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq.

Oxu.Az-ın məlumatına görə, bunu məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

“Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir. Yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Hər il minlərlə ailə evlərlə təmin olunur.

Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə köçəcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri