24 
May
2018
18:54
298
25
3937
Virtual karabakh

Kəşfiyyat bölüyü təlimdə – FOTO

24 May, 2018
18:54
3937

Kəşfiyyat bölüyü təlimdə – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 24-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünüqiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər.

Təlim mayın 25-də sona çatacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri