24 
May
2018
19:54
276
50
1907
Virtual karabakh

İraq prezidenti Azərbaycan xalqını təbrik edib

24 May, 2018
19:54
1907

İraq prezidenti Azərbaycan xalqını təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq prezidenti Fuad Məsum Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm.

Fürsətdən istifadə edərək, İraq Respublikasının ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri xalqlarımızın mənafeyi naminə inkişaf etdirmək və möhkəmləndirmək istəyini bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, Sizə davamlı uğurlar və möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram”

 www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri