İyn
2018
10:13
311
12
3243
Virtual karabakh

Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

6 İyn, 2018
10:13
3243

Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşadakı Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlıları Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi bu ölkənin “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, nəticədə Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb.

Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.

PAGŞ-dan bildirilib ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər. 

Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycanın Polşadakı Səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri