12 
İyn
2018
19:16
473
69
2175
Virtual karabakh

İlham Əliyev: TANAP Türkiyə-Azərbaycan qardaşlığının zəfəridir

12 İyn, 2018
19:16
2175

İlham Əliyev: TANAP Türkiyə-Azərbaycan qardaşlığının zəfəridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib.

Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir: 

“Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri