12 
İyn
2018
20:37
192
22
4194
Virtual karabakh

XİN Köçəryanın cavabını verdi

12 İyn, 2018
20:37
4194

XİN Köçəryanın cavabını verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məntiqə uyğun olmayan, tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir.

Oxu.Az xəbər verir ki, bunu  Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Ermənistanın Qarabağın yerinə danışıqlar apara bilməyəcəyinə dair açıqlamasını şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, hələ Levon Ter-Petrosyan prezident olduğu vaxtdan bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır:

“Qarabağdan olub-olmamasından asılı olmayaraq, Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb. İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barəsində Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır.”

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri