14 
İyn
2018
09:15
267
10
2747
Virtual karabakh

Filadelfiyada Azərbaycan bayrağı ucaldılıb - FOTO

14 İyn, 2018
09:15
2747

Filadelfiyada Azərbaycan bayrağı ucaldılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın tarixi şəhərlərindən olan Filadelfiyada AXC-nin 100 illiyi ilə əlaqədar olaraq, şəhər meriyasının binası qarşısında Azərbaycanın dövlət bayrağının ucaldılması mərasimi keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Oxu.Az-a bildirilib ki, tədbir Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının fəalları və Filadelfiya şəhər meriyasının birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə Azərbaycan icması, Filadelfiya şəhər meriyası və səfirliyin nümayəndələri iştirak edib.

Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri tədbirdə AXC-nin yaranma tarixi barədə məlumat verib. Azərbaycanın hazırda güclü və müstəqil dövlət olduğunu və hər bir azərbaycanlının dövləti ilə fəxr etdiyini bildirib.

Filadelfiya şəhər merinin köməkçisi Shila Hass tarixi gün münasibətilə Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının nümayəndələrini təbrik edib və Filadelfiya şəhər meri Jim Kenni tərəfindən 28 May 2018-ci il tarixinin Filadelfiya şəhərində Azərbaycan Xalq Cümhuriyyəti günü elan edilməsi barədə bəyannaməni diqqətə çatdırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri