Lavrov və Quterreş BMT-nin Qarabağ üzrə qətnamələri barədə - VİDEO
Lavrov və Quterreş BMT-nin Qarabağ üzrə qətnamələri barədə - VİDEO
BMT TƏhlükəsizlik Şurasının qərarlarının tam olaraq yerinə yetirilməsi və bütün üzv-dövlətlər tərəfindən yerinə yetirilməsi olduqca vacibdir.
Oxu.Az xəbər verir ki, bu sözləri BMT baş katibi Antoniu Quterreş səsləndirib.
Baş katib Quterreş və Rusiyanın XİN rəhbəri Serqey Lavrov “Moskva-Baku”nun müxbirinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin ölkələr tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsinə nail olmağın mümkün olub olmadığı ilə bağlı sualını cavablandırıb.
Müxbir xüsusi olaraq BMT-də islahatlara olan tələblərlə bağlı çağırışların səsləndiyinə diqqət çəkib. Məsələ ondadır ki, qətnamələr qəbul olunsa da, ölkələr onun tələblərini yerinə yetirmir, üstəlik bu heç də nadir hallarda baş vermir. Artıq 25 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsi (№ 822, 853, 874, 884) icra olunmayıb.
Rusiyalı nazir suala bu şəkildə cavab verib:
“Sözügedən qətnamələr döyüş əməliyyatları gedən vaxtlarda qəbul olunub. Onlar həmin ərazidə, o cümlədən bizim ölkə tərəfindən atılan addımlarla yanaşı qanlı situasiyanı dayandırmağa və münaqişəni siyasi dialoq kursuna yönəltməyə imkan verirdi.
Və bütün tərəflərin razılığı əsasında ATƏT-in Minsk qrupu yaradıldı, onun çərçivəsində bütün yerdə qalan məsələləri, o cümlədən torpaqların azad edilməsi və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə münaqişənin siyasi yolla nizamlanması məsələsini həllini tapmalı idi.
Biz yəni ATƏT həmsədrləri olaraq Rusiya ABŞ və Fransa ilə birgə hələ də bununla məşğul oluruq, Bakı və Yerevanın tam razılığı əsasında bunun üzərində çalışır, hamının qarşısına qoyulan tapşırıqları gerçəkləşdirmək istəyirik.
Bunun baş verməsi üçün, münaqişə tərəfləri arasında konsensusa ehtiyac var. Biz bu istiqamətdə irəliləyişə nail olsaq, əminəm ki, problemin həlli yolu “artıq dağların arxasında olmayacaq”, - deyə Lavrov bildirib.
“Mənə elə gəlir ki, dövlətləri və hazırda gerçəkləşdirdiyimiz islahatları tərənnüm edən suveren orqanlar kimi BMT orqanlarının fəaliyyəti anlayışını düzgün başa düşməli və fərqləndirməyi bacarmalıyıq. Söhbət katiblik strukturunun islahatında gedir.
Əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının tam olaraq yerinə yetirilməsi və bütün üzv dövlətlər tərəfindən yerinə yetirilməsi son dərəcə vacibdir. Ancaq mövcud islahatlar bununla əlaqədar deyil. Onların hamısı təşkilatın strukturuna aiddir.
Halbuki daha effektiv katiblik BMT orqanlarının çıxardığı qərarların yerinə yetirilməsi üçün daha yaxşı şərait yarada bilər.
Ancaq mənə elə gəlir ki, burada əsas ideya, BMT üzv-dövlətlərinin Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməsinə olan zərurətdir”, -deyə baş katib bildirib.
F.M.
www.oxu.az