23 
İyn
2018
11:15
158
32
1111
Virtual karabakh

İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul edib

23 İyn, 2018
11:15
1111

İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 23-də Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, prezident İlham Əliyev Əlcəzairin ədliyyə naziri Tayeb Louhun Azərbaycanda çoxlu sayda məhsuldar görüşlər keçirməsindən məmnunluğunu ifadə edib, nazirlər səviyyəsində qarşılıqlı səfərləri ədliyyə sahəsində əməkdaşlığın uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib.

Ədliyyə naziri Tayeb Louh Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın salamlarını və eyni zamanda, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini dövlət başçısına çatdırıb. O qeyd edib ki, Əlcəzair Prezidenti dövlət başçısına fəaliyyətində yeni-yeni uğurlar və Azərbaycan xalqına Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı inkişaf və tərəqqi arzulayır.

Dövlət başçısı Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikri mübadiləsi aparılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri