26 
İyn
2018
15:20
517
30
3664
Virtual karabakh

İlham Əliyev Türkiyənin müdafiə nazirini qəbul edib - YENİLƏNİB

26 İyn, 2018
15:20
3664

İlham Əliyev Türkiyənin müdafiə nazirini qəbul edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Türkiyə  Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı və Türkiyənin müdafiə naziri Nurettin Caniklini qəbul edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı təbriklərini çatdıraraq deyib ki, bu, Türkiyə prezidentinin rəhbərliyi ilə son illər görülmüş işlərə xalqın verdiyi qiymətin yüksək təzahürüdür.

Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın, müdafiə naziri Nurettin Caniklinin və qardaş Türkiyə hərbçilərinin Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirakından məmnunluğunu vurğulayıb.

Prezident İlham ƏliyevAzərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

H. Akar və N. Canikli Azərbaycanda keçirilən prezident seçkilərində dövlət başçısını qazandığı qələbə münasibətilə təbrik ediblər və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirak etmələrindən şərəf hissi duyduqlarını bildiriblər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

12:40

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 26-da Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri