11 
İyl
2018
11:16
224
79
2157
Virtual karabakh

XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün addımlar atılır

11 İyl, 2018
11:16
2157

XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün addımlar atılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dilqəm Əsgərov Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri addımları atacaq.

Oxu.Az-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib. 

H.Hacıyev bildirib ki, Ermənistan onların dərhal azad edilməsi barədə tələblərə məhəl qoymur: 

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz şəkildə girov saxlanılması Azərbaycan tərəfinin hiddətinə səbəb olur. Ermənistan  bütün beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Bu da münaqişənin həlli ilə bağlı danışıqlara və sülh yolu ilə həll prosesinə ciddi zərər vurur”.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri