12 
İyl
2018
17:53
26
322
1643
Virtual karabakh

Həmsədrlər Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

12 İyl, 2018
17:53
1643

Həmsədrlər Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar.

Oxu.Az-ın məlumatına görə, bəyanatda deyilir ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər.

Tərəflər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Nazirlər yaxın zamanlarda yenidən ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər. 

Həmsədrlər gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri