12 
İyl
2018
18:38
210
402
10324
Virtual karabakh

Gəncə hadisələri ilə bağlı 9 nəfər həbs olunub - RƏSMİ

12 İyl, 2018
18:38
10324

Gəncə hadisələri ilə bağlı 9 nəfər həbs olunub - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyiblər.

Daxili İşlər Nazirliyindən Oxu.az-a verilən məlumata görə, məruzə olunub ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Müşavirədən sonra Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak ediblər.

Onlar Azərbaycan prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına dövlət başçısının başsağlığını çatdırıb, kədərlərinə şərik olublar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri