13 
İyl
2018
13:41
189
104
4580
Virtual karabakh

Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanılıb

13 İyl, 2018
13:41
4580

Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib.

Hüquq mühafizə orqanlarından Oxu.Az-a daxil olmuş məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri