18 
İyl
2018
22:43
310
59
3954
Virtual karabakh

Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edildi

18 İyl, 2018
22:43
3954

Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Laura Mattarellanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, L. Mattarella Azərbaycan ilə İtaliya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Laura Mattarella (1968-ci ildə anadan olub) İtaliya Prezidenti Sercio Mattarellanın qızıdır və İtalyanın birinci xanımıdır.

Prezident Sercio Mattarellanın həyat yoldaşı Mariza Çiadeze 2012-ci ildə dünyasını dəyişib. Bu səbəbdən onun böyük qızı Laura atasını dövlət səfərləri və bəzən İtaliya daxilində baş tutan səfərlərdə müşayiət edir. 

 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri