Avq
2018
12:50
28
52
3484
Virtual karabakh

Yerevanın Minsk-Bakı birliyinə tarixi qısqanclığı - ŞƏRH

7 Avq, 2018
12:50
3484

Yerevanın Minsk-Bakı birliyinə tarixi qısqanclığı - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan ümid edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük ona Belarusun gözündə qalxmağa imkan verəcək. Ancaq Lukaşenko aydın şəkildə dedi ki, Belarus Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar zamanı Yerevan artıq Minskin dəstəyinə ümid etmir.

“Paşinyanla Lukaşenkonun mayda baş tutan görüşündə bildirildi ki, Belarus suveren ölkədir və istənilən respublika ilə, o cümlədən Azərbaycanla ikitərəfli hərbi müqavilələr bağlaya bilər”, - ekspert qeyd edib. 

O əmindir ki, Ermənistanın başında kimin dayanmasından asılı olmayaraq, Belarus suveren siyasətini davam etdirəcək. 

“Məhz bu səbəbdən Azərbaycan və Belarus dost ölkədir. Lukaşenkonun sözlərini xatırlayırıq. O deyirdi ki, Azərbaycan ən çətin anlarında Belarusun yanında olub”, - müsahibimiz bildirib. 

Nağıyev əlavə edib ki, bu cür dostluq münasibətlərini “həzm etmək” istəməyənlər də var, bu, təbii və başadüşüləndir. 

“Yerevan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan və Belarus aydın siyasət və dostluq münasibətləri olan iki suveren, müstəqil respublikadır”, - politoloq qeyd edib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri