Avq
2018
18:38
56
80
5493
Virtual karabakh

Azərbaycanda “DOST” mərkəzləri yaradılır

9 Avq, 2018
18:38
5493

Azərbaycanda “DOST” mərkəzləri yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bundan başqa, sərəncamda “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçiriləcəyi vurğulanır.

Qeyd olunan məsələlərin həlli məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri