10 
Avq
2018
23:58
314
129
4035
Virtual karabakh

Ali qonağın şərəfinə ziyafət verildi - YENİLƏNİB

10 Avq, 2018
23:58
4035

Ali qonağın şərəfinə ziyafət verildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib.

Oxu.Az xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək deyib:

“Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərimizin inkişafında mühüm mərhələdir. Səfər çox uğurlu keçir. Biz bu gün ikitərəfli münasibətlərin gündəliyində duran bir çox məsələlərlə bağlı ətraflı danışıqlar, fikir mübadiləsi apardıq. 

Əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətin genişlənməsinə ölkələrimizin sadiq olduğunu bir daha təsdiq etdik və ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün mühüm yolları müəyyənləşdirdik”.

Dövlət başçısı bildirib ki, bu gün imzalanan sənədlər xeyli fəaliyyət sahəsini əhatə edir: 

“Əminəm ki, bunların hamısı vaxtında icra ediləcək və bu da bizim münasibətlərimiz üçün daha möhkəm təməl yaradacaq”.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dost Azərbaycana rəsmi səfərə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu xatırladan Tacikistan dövlətinin başçısı budəfəki səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 

21:00

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib.

Oxu.Az xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri