12 
Avq
2018
15:24
382
83
3763
Virtual karabakh

İlham Əliyev Xəzərin statusuna dair Konvensiyanı tarixi adlandırdı

12 Avq, 2018
15:24
3763

İlham Əliyev Xəzərin statusuna dair Konvensiyanı tarixi adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Xəzərin hüquqi statusuna dair Konvensiyanı tarixi adlandırıb və əlavə edib ki, Bakı qarşılıqlı maraqları nəzərə almaqla Xəzəryanı dövlətlərlə yaxşı münasibətlər qurub.

Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir.

Aktauda keçirilən Xəzəryanı dövlət başçılarının Sammitinin əsas yekunu Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması olub.

“Konvensiyanın imzalanması – tarixi hadisədir. Azərbaycan konstruktiv çalışdı, töhfəsini verdi. Konvensiyanın imzalanmasından əvvəl də Xəzərdə sabitlik və təhlükəsizlik hökm sürüb.

Bizim aramızda inam və əməkdaşlıq yüksək səviyyədədir. Xəzərin təhlükəsizliyi Konvensiya ilə müəyyənləşir.

Azərbaycan ekoloji məsələlərə, neft-qaz işləri zamanı ekoloji təhlükəsizliyin təminatına fəal töhfə verir. Biz maraqlar və qarşılıqlı anlaşmanı nəzərə alaraq yaxşı münasibətlər qurmuşuq.

Bu sənəd ölkələrimizin gələcəyi üçün vacib rol oynayacaq”, - Konvensiyanın imzalanmasından sonra dövlət başçısı deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri