16 
Avq
2018
18:32
226
150
5466
Virtual karabakh

Prezident yol tikintisinə 11 milyon ayırdı

16 Avq, 2018
18:32
5466

Prezident yol tikintisinə 11 milyon ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Oxu.Az-ın məlumatına görə, sərəncamla altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal-Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri