20 
Avq
2018
12:32
93
31
1801
Virtual karabakh

Səfir: Xəzərlə bağlı İşçi Qrupunun ilk toplantısı Azərbaycanda keçiriləcək

20 Avq, 2018
12:32
1801

Səfir: Xəzərlə bağlı İşçi Qrupunun ilk toplantısı Azərbaycanda keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mühüm tarixi hadisədir. Xəzəryanı ölkələr bu razılaşma üzərində 20 ildən çox işləyiblər.

Oxu.Az xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandaki səfiri Mixail Boçarnikov avqustun 20-də keçirilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, bu Konvensiya milli maraqlara cavab verən və qarşılıqlı fayda verəcək razılaşmadır:

“Xəzər dənizində artıq beynəlxalq hüquqi rejim müəyyən edilib. Bu sənəd Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək”.

M.Boçarnikov diqqətə çatdırıb ki, Xəzəryanı dövlətlərin başçıları tərəfindən İşçi Qrupu yaradılıb və İşçi Qrupunun ilk yüksək səviyyəli toplantısı bu ilin sonuna qədər Azərbaycanda keçiriləcək.

K. HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri