29 
Avq
2018
09:59
63
11
3513
Virtual karabakh

XİN-dən Bilzeryanın Qarabağa səfərinə - MÜNASİBƏT

29 Avq, 2018
09:59
3513

XİN-dən Bilzeryanın Qarabağa səfərinə - MÜNASİBƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göründüyü kimi, populizm nəticə etibarilə müxtəlif formalı klounluğa yol açır.

Belə qeyri-ciddi adamların kloun fəaliyyətini, əslində, şərh etməyə lüzum yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-da yaşayan və bir müddət öncə Yerevana səfər edən milyonçu, “poker kralı” Den Bilzeryanın Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon və onun arvadı ilə birlikdə Qarabağa gəlməsinə, oradan silahdan istifadə edərək, atəş açmasına münasibətini bildirərkən deyib.

“Onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edənlər isə bu kimi klounlarla və qeyri-ciddi işlə məşğul olmaq əvəzinə, münaqişənin həll edilməsi və regionda sülhün təmin olunması ilə məşğul olmaları daha faydalı olardı”,  deyə XİN rəsmisi əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri